SON XƏBƏRLƏR

Tanınmış Azərbaycanlı fəal İbrahim Savalan (Rəşidi) tutuqlanıb

2021.10.20, 07:36
Tanınmış Azərbaycanlı fəal İbrahim Savalan (Rəşidi) tutuqlanıb

Gunaz.tv

GünAz TV: Dünən (sentyabrın 12-i , şəhrivərin 21-i) tanınmış azərbaycanlı fəal İbrahim Savalan (Rəşidi) Meşkinşəhrin (Xiyav) polis qüvvələri tərəfindən tutuqlanıb.

 

Polis məmurları İbrahim bəyin Meşkinşəhrin Mirkəndi qəsəbəsində yerləşən ata evinə müraciət edib və onu yaxalayıblar.

 

Məmulata görə, adını çəkdiyimiz milli-mədəni fəalı yaxalayan məmurların məhkəmə hökmü olmayıb.

 

Qeyd edək ki, İbrahim bəyin Meşkinşəhr və Ərdəbil vilayəti (ostanı) şəhələrində keçirilən Kütləvi Yürüşlə əlaqədar yaxalandığı güman edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar