SON XƏBƏRLƏR

Ərdəbil Yürüşündə Əli Xeyrcu və Müslim Əkbərzadə tutuqlanıb

2021.10.20, 07:36
Ərdəbil Yürüşündə Əli Xeyrcu və Müslim Əkbərzadə tutuqlanıb

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı Ərdəbildə keçirilən Kütləvi Etirazda iki Ərdəbilli fəal tutuqlanıb. Başqa tutulanların kimliyi barədəhələlik məlumat yoxdur.

 

keçən saatlarda Azərbaycanlı şair, milli-mədəni fəal Əli Xeyrcu Şəriəti xiyabanında təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və naməlum istiqamətə aparılıb.

 

Müslim Əkbərzadə də keçən saatlarda yaxalanıb və naməlum istiqamətə aparılıb. Müslim bəy milli-mədəni fəal Əsgər bəy Əkbərzadənin qardaşıdır.

 

Əsgər Əkbərzadə də iki gün öncə təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Ərdəbil-Astara yolunda tutuqlanan milli-mədəni fəal barədə hələlik heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar