SON XƏBƏRLƏR

İftar mərasimi zamanı tutuqlanan azərbaycanlı fəalların 15 nəfəri barədə həbs qərarı çıxarılıb

2021.10.20, 07:36
İftar mərasimi zamanı tutuqlanan azərbaycanlı fəalların 15 nəfəri barədə həbs qərarı çıxarılıb

Gunaz.tv

GünAz TV: Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı təxminən 30 nəfər tanınmış azərbaycanlı fəal tutulanmışdı.

 

Avqustun 24-də (şəhrivərin 2-də) tutuqlanan azərbaycanlı fəalların 15 nəfəri, yaxalandıqları gündən bir neçə gün sonra Təbrizin mərkəzi zindanına, qalanları isə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına intiqal verilmişdi.

 

Dünən (sentyabrın 11-i , şəhrivərin 20-i) Təbrizin İnqilab Məhkəməsi zindana intiqal edilmiş 15 nəfər  azərbaycanlı fəal barədə həbs qərarı çıxarıb. Onlar bir neçə gün öncə mühakimə olunmuşdular.

 

Məhkəmə hökmünə görə, sözü gedən 15 nəfər azərbaycanlı fəal (Qadir Növruzi, Məhəmməd Əlimuradi, Mehdi Mühaciri, Əli Şirnak, Fərzad Məhdəvi, İlqar Kərimi, Mustafa Əvəzpur, Abdullah Səduqi, Yasir Salmani Rzayi, Yusif Sələhşur, Əhməd Əlizadə) komanda (tim) evi ittihamı ilə 4 ay həbs və 4 il ərzində 20 ay asılı (təliqi) həbsə məhkum ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar