SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı İmzatoplama Kampaniyası başladılıb

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı İmzatoplama Kampaniyası başladılıb

Gunaz.tv

GünAz TV: Urmu Gölünü qurumaqdan qurtarmaq məqsədi ilə azərbaycanlılar müxtəlif tədbirlərə əl atırlar.

 

Bu zəmində keçən həftədən bəri Güney Azərbaycanın Zəncan şəhərində İmzatoplama Kampaniyası başladılıb.

 

İmzatoplama Kampaniyası soydaşlarımızın alqışını qazanıb və qısa müddətdə çoxsayılı universitet müəllimi, öyrənci, dövlət məmuru, jurnalist, siyasi-ictimai xadim, ziyalı və ... bu Kampaniyaya qoşulublar.

 

Kampaniya Zəncan şəhərində və həmçinin İnternetdə http://zanganurmu.blogfa.com/  adresində öz fəaliyyətini davam etdirməkdədir.

 

Soydaşlarımız Urmu Gölünü qurtarmaq üçün Zəncan əhalisinə qoşula bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar