SON XƏBƏRLƏR

Təbrizdə Kütləvi Etiraz başladı, Rasta küçədə qarşıdurma olub. Tutulanlar var

2021.10.20, 07:36
Təbrizdə Kütləvi Etiraz başladı, Rasta küçədə qarşıdurma olub. Tutulanlar var

Gunaz.tv

GünAz TV: Təbrizdə nəzərdə tutulan Kütləvi Etiraz yürüşü başladı. Təxminən 1000 nəfərlə start götürən yürüşdə milli şüarlar səsləndirilir.

 

Rasta küçədə dinc etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma olub. Hələdə qarşıdurmalar davam edir.

 

Etirazçılar “Yaşasın Azərbaycan”, “Azərbaycan canımız – Urmu Gölü qanımız”, “Azərbaycan var olsun - İstəməyən kor olsun”, “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir” və ... kimi şüarlar səsləndirirlər.

 

Onlarla etirazçını yaxalandığı bildirilir. Şəhnaz xiyabanı və Əmin 3 yolunda (serahe əmin) qarşıdurma olub. Qarşıdurmalar bu dəqiqələrdə davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar