SON XƏBƏRLƏR

Urmuda kütləvi tutuqlamalar başladı, Mərənd şəhərində də tutulanlar var

2021.10.20, 07:36
Urmuda kütləvi tutuqlamalar başladı, Mərənd şəhərində də tutulanlar var

Gunaz.tv

GünAz TV: Bu saatlarda Güney Azərbaycanın müxtəlif şəhərlərində Urmu Gölü ilə bağlı güclü etirazlar gözlənilir.

 

Bütün şəhərlər xüsusi ilə Urmu və Təbrizdə təhlükəsizlik qüvvələrinin sayı getdikcə artır. Hökumət qüvvələrinin əksəri başqa vilayətlərdən (ostanlardan) gətirilib.

 

Məlumata görə, Urmuda etiraza hazırlaşan soydaşlarımızın kütləvi tutuqlaması başlayıb. Məmurlar şübhələndiyi hər kəsi yaxalayıb və polis məntəqəsinə dəmir qəfəli maşınlarla aparırlar.

 

Ətayi, İmam, Xəyyam, Taliqani, Müntəziri xiyabanları və şəhərin əsas meydanları təhlükəsizlik qüvvələri ilə dolubdur. Buna baxmayaraq, Kütləvi Etirazın baş tutacağı gözlənilir.

 

Başqa bir xəbərə görə, Mərənddə də bir neçə gənc tutuqlanıb. Onlar, stadiom (stadion) xiyabanı və Əlmehdi məscidinin qarşısında tutulublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar