SON XƏBƏRLƏR

“Traxtur-İstiqlal” müsabiqəsi və baş verən hadisələr: "Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir"- VİDEO

2021.10.20, 07:36
“Traxtur-İstiqlal” müsabiqəsi və baş verən hadisələr: "Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir"- VİDEO

Gunaz.tv

GünAz TV: Dünən (sentyabrın 9-u , şəhrivərin 18-i) Tehranın azadi stadionunda (stadiom) "Traxtur"la "İstiqlal" taxımları arasında həyəcanlı müsabiqə keçirildi.

 

Müsabiqə (3 – 2) hesabı ilə "Traxtur"un xeyirinə yekunlaşdı. Bu isə həm stadion daxilində olan və həmdə başqa bütün azərbaycanlıların sevinci və şənliyinə səbəb oldu.

 

Təəssüflə bu yarışda təzyiqsiz ötüşmədi. Təhlükəsizlik qüvvələri “Traxtur” tərəfdarlarına ayrılan yerin dolduğunu bəhanə gətirərək, onları stadiona buraxmaqdan imtina etdiyinə görə, soydaşlarımız müqavimət göstərib və daxil olmağa çalışıblar. Buda Təhlükəsizlik qüvvələri ilə “Traxtur” tərəfdarları arasında qarşıdurmaya səbəb olub. Hadisə nəticəsində onlarla soydaşımızın üz-gözü yaralanıb.

 

Stadionda “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir”, “Urmu Gölü susuzdur, Azərbaycan oyanmasa uduzdu” kimi şüarlar səsləndirilib.

 

Stadionda təxminən 35000 “Traxtur” və “40000” İstiqlal tərəfdarı olub.

 

Müsabiqə gedərkən yenədə təhlükəsizlik qüvvələri tamaşaçılara qarşı zorakı hərəkətlərə yol verib. Hadisə nəticəsində yüngül yaralananlar olub.

 

Bəzi məlumatlara görə tutulanların sayı yüzlərlə ölçülür. Tutuqlulardan biri öz dostları ilə qısa telefon əlaqəsi saxlayaraq bildirib ki, 250 nəfər "Traxtur" tərəfdarı Tehranın Şapur polis məntəqəsinə aparılıb.

Bir sıra xəbər agentlikləri isə hadisə şahidlərinə istinad edərək, tutulan "Traxtur" tərəfdarlarının sayını 300 nəfər göstəriblər.

 

“Traxtur” qalib gəldikdən sonra Azərbaycanın müxtəlif şəhərləri xüsusi ilə Təbrizdə əhali xiyabanlara çıxıb və milli şüarlar səsləndiriblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar