SON XƏBƏRLƏR

"Traxtur" taxımı "İstiqlalı" şumladı

2021.10.20, 07:36
"Traxtur" taxımı "İstiqlalı" şumladı

Gunaz.tv

GünAz TV: Təbriz daha doğrusu Güney Azərbaycanın "Traxtur" taxımı (timi) "İstiqlal"ı öz şəhərində (Tehranda) şumladı. Azərbaycanlı tamaşaçılar həyəcanlı müsabiqənin nəticəsindən  olduqca sevindilər.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 6-ci həftəsində keçirilən müsabiqə olduqca həssas ve xüsusi əhəmiyyət daşıyırdı. "Traxtur" taxımı 10 minlərlə soydaşımızın təşviqi və müşayiəti ilə "İstiqlal" taxımını öz şəhərində məğlubiyyətə uğratdı.

 

Sözü gedən müsabiqə (3 – 2) hesabı ilə milli taxımımızın xeyirinə sona çatdı.

 

Seyid Möhsün Hüseyni 42, Əhməd Al-i Nəme 48 və Flavyu Lupz 84-cü dəqiqələrdə "Traxtur"un xeyirinə qol vurmağa nail oldular.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar