SON XƏBƏRLƏR

Ərdəbildə Etirazlar barədə ÇAĞIRIŞ Bildiriləri yayılıb

2021.10.20, 07:36
Ərdəbildə Etirazlar barədə ÇAĞIRIŞ Bildiriləri yayılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Urmu Gölü ilə bağlı keçiriləcək növbəti Kütləvi Etirazlara hazırlıq gedir. ÇAĞIRIŞ vərəqələrinin isə  ardı-arası kəsilmir.

 

Etirazların yeni dalğasının gözlənildiyi günlərdə, Güney Azərbaycanın Ərdəbil şəhərində çoxsayılı ÇAĞIRIŞ Bildiriləri yayılıb.

 

Milli Hərəkat fəalları bu vasitə ilə soydaşlarımızı Urmu Gölünə dəstək verməyə və Kütləvi Etirazlara qatılmağa çağırıblar.

 

Görüş:

Yer: Ərdəbil, İmam 4 yolu (çahar rah) və Şəriəti meydanın arası

Zaman: 1-ci gün (doşənbə günü), sentyabrın 12-i (şəhrivərin 21-i), yerli vaxtla saat 18:00

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar