SON XƏBƏRLƏR

Bu gün “Traxtur” taxımı “İstiqlal”la qarşılaşacaq

2021.10.20, 07:36
Bu gün “Traxtur” taxımı “İstiqlal”la qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Bu gün (sentyabrın 9-u , şəhrivərin 8-i) Təbrizin “Traxtur” futbol taxımı (timi) Tehranın “İstiqlal” taxımı ilə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 6-cı həftəsində keçirilən müsabiqə Təbriz vaxtı ilə saat 18:45-də başlayacaq.

 

Müsabiqə Tehranın Azadi stadionunda (stadiom) baş tutacaq.

 

Xatırladaq ki, “Traxtur” tərəfdarlarının yaydığı məlumata görə, bu müsabiqədə “Urmu Gölü” şüarları daha gur səslə səsləndiriləcək. Həmçinin keçmişdəki Bəyanatlara əsasən müsabiqə başlamadan öncə Tehranda Etiraz Yürüşü olacaq:

 

Yer: Tehran, İnqilab Meydanı (Azadiyə tərəf)

Zaman: 2011-ci il sentyabrın 9-u (şəhrivərin 18-i), yerli vaxtla saat 15:30 / “Traxtur_İstiqlal” müsabiqəsindən öncə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar