SON XƏBƏRLƏR

"Urmu Gölü ilə bağlı İran rejimi məqsədyönlü siyasət aparır"

2021.10.20, 07:36
"Urmu Gölü ilə bağlı İran rejimi məqsədyönlü siyasət aparır"

Gunaz.tv

GünAz TV: "Urmu Gölü, suyu quruyan təkcə sadə bir göl deyil, bu, eyni zamanda, Azərbaycan türklərinin malik olduğu milli-mədəni dəyərlərinin məhv olması deməkdir".

Bunu "Həftə içi"nə açıqlamasında Ankaradan Türk Dünyası İnsan Hüquqları Dərnəyinin sədri, tanınmış hüquq müdafiəçisi Abdulla Buksur Urmu gölünün qurudulmasına münasibət bildirərkən qeyd etdi. "İran hakimiyyəti burada məqsədyönlü addımlar atır. Gölü su ilə təmin edən çaylar üzərində 6-sı böyük olmaqla 14 bəndin tikilməsi bölgə insanına rifah və xoşbəxtlik deyil, onları bu torpaqlardan didərgin salacaq bəndlər olacaq. Qısa olaraq onu demək olar ki, göl quruyandan sonra yerli xalq olan Azərbaycan türkləri öz torpaqlarını tərk etməyə məcbur olacaqlar", - deyə vurğulayan A. Buksur onu da bildirdi ki, bu prosesin qarşısı alınmazsa, xoşagəlməz hadisələr baş verəcək: "Urmu gölü ekoloji baxımından əlverişli göldür. Əgər göl quruyarsa, ekoloji və insanlıq dəyərləri məhv olacaq və bundan sonra orada yaşamaq mümkün olmayacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar