SON XƏBƏRLƏR

Bu gün “Şəhrdari” taxımı öz rəqibi ilə qarşılaşacaq

2021.10.20, 07:36
Bu gün “Şəhrdari” taxımı öz rəqibi ilə qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Bu gün (sentyabrın 8-i , şəhrivərin 17-i) Təbrizin “Şəhrdari”  futbol taxımı (timi) “Rah ahən” taxımı ilə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 6-cı həftəsində keçirilən müsabiqədə, “Şəhrdari-Rah ahən” müsabiqəsi Təbriz vaxtı ilə saat 19:10-da başlayacaq.

 

Müsabiqə Təbrizin səhənd stadionunda (stadiomunda) baş tutacaq.

 

Qeyd edək ki, hazırda Urmu Gölü məsələsi Güney Azərbaycanın gündəmini təşkil edir. Bu səbəbdən bü günki yarışda, “Urmu Gölü” şüarlarının futbol tamaşaçıları arasında daha gur səslə səsləndiriləcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar