SON XƏBƏRLƏR

İranın müdafiə nazirindən sensasiyalı (cəncali) bəyanat

2021.10.20, 07:36
İranın müdafiə nazirindən sensasiyalı (cəncali) bəyanat

Gunaz.tv

GünAz TV: İranın müdafiə naziri Əhməd Vahidi dövlət televiziyası vasitəsilə sensasiyalı bəyanat verib. Nazir bildirib ki, İranın ərazisi “əvvəl olduğundan daha çoxdur”.

 

Müdafiə nazirinin bəyanatına görə, İranın ərazisi əvvəl olduğundan bütünlüklə 14 faiz artıb. Rəsmi məlumatlara görə, İslam Respublikasının (Cümhuriyyətinin) ümumi sahəsi 1 648 195 kvadrat kilometrdir (kilometr-i mürəbbə).

 

 “Əslində İranın ümumi sahəsi 1 873 959 km.-dir Gələcəkdə məhz bu rəqəmdən istifadə etmək lazımdır”, - deyə o əlavə edib. Nazir İranın 225 764 kvadrat metr ərazini haradan əldə etdiyinə aydınlıq gətirməyib. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar