SON XƏBƏRLƏR

Əhmədinejaddan Əsədə gözlənilməz çağırış

2021.10.20, 07:36
Əhmədinejaddan Əsədə gözlənilməz çağırış

Gunaz.tv

GünAz TV: İran prezidenti Mahmud Əhmədinejad da Suriyaya  xəbərdarlıq edib: "Problem dialoq yoluyla həll olunmalıdır".

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Əhmədinejad "Əsəd nümayişçilərə təzyiq etmək əvəzinə müxalifətlə müzakirələrə başlamalıdır" deyib.

 

Portuqaliya dövlət televiziyasına açıqlama verən İran prezidenti problemlərin dialoq yoluyla həll olunmasının vacibliyini vurğulayıb.

 

Suriyanın dialoq, uzlaşma və islahatlara ehtiyac duyduğunu bildirən Əhmədinejad bölgədəki digər ölkələrin də yardıma hazır olduğunu qeyd edib.

 

Bununla yanaşı, İran prezidenti NATO-nun Liviyaya (Libi) müdaxilərinin də səhv hərəkətlərin bir nümunəsi olduğunu bildirib və Dəməşqə yönəlik hərbi əməliyyata qarşı olduğunu deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar