SON XƏBƏRLƏR

Kütləvi etirazlarda tutuqlanmış 250 nəfər soydaşımız Təbrizin mərkəzi zindanına köçürülüb

2021.10.20, 07:36
Kütləvi etirazlarda tutuqlanmış 250 nəfər soydaşımız Təbrizin mərkəzi zindanına köçürülüb

Gunaz.tv

GünAz TV: Sentyabrın 3-də Güney Azərbaycanın bir sıra iri şəhərlərində keçirilən etiraz aksiyalarına (yürüşlərə) görə tutulmuş 250 nəfər azərbaycanlı Təbrizin mərkəzi zindanına köçürülüb.

 

3 sentyabr aksiyaları Urmu gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq keçirilmişdi.

 

Sentyabrın 7-si axşam Təbrizin mərkəzi zindanındakı karantin korpusu (qərəntinə saxtmanı) boşaldılıb və 3 sentyabr aksiyalarına görə Urmu və Ərdəbil şəhərlərində, eləcə də Təbrizdə tutulan 250 azərbaycanlı fəal ora köçürülüb. Bu barədə “Media forum” saytı Güney Azərbaycan Xəbər Agentliyinə (ajansına) istinadən xəbər yayıb.

 

Təbrizin mərkəzi zindanına köçürülən azərbaycanlı fəalların kimliyi haqqında məlumat yayılmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar