SON XƏBƏRLƏR

Tutuqlu fəallar barədə vəsiqə qərarına əməl olunmur

2021.10.20, 07:36
Tutuqlu fəallar barədə vəsiqə qərarına əməl olunmur

Gunaz.tv

GünAz TV: İftar mərasimi zamanı tutuqlanan azərbaycanlı fəallar barədə çıxarılan vəsiqə qərarına əməl olunmur. Buna səbəb təhlükəsizlik qüvvələrinin müdaxiləsidir.

 

Avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində İftar mərasimi zamanı hücuma məruz qalıb və tutuqlanan 30 nəfərə yaxın azərbaycanlı fəalların 15 nəfəri Təbrizin mərkəzi zindanı, qalanı isə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına köçürülüblər.

 

Hakim zindana köçürülən tutuqluların azadlığı üçün təxminən 20000 dollar (20 milyon tümən) dəyərində mülki vəsiqə təyin etsədə, Doğu (Şərqi) Azərbaycan vilayətinin (ostanın) təhlükəsizlik qüvvələrinin dosyelərə müdaxiləsi nəticəsində qərara əməl olunmur.

 

Yayılan məlumatlara görə, səlahiyyətli şəxslə onların azadlığa buraxılmamasını Urmu Gölü ilə bağlı gedən Kütləvi Etirazlarla əlaqələndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar