SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Mehdi Deyhəmi azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Mehdi Deyhəmi azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Keçən həftə 2-ci gün (seşənbə günü) Qoşaçayın Çaharbürc qəsəbəsində tutuqlanan azərbaycanlı fəal Mehdi Deyhəmi mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Deyhəmi 8 gün ağır vəziyyətdə saxlanıldıqdan sonra, təxminən 80000 dollarlıq (80 milyon tümənlik) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Etirazlarla əlaqədar tutuqlanan azərbaycanlı fəal, sistemin əleyhinə təbliğdə ittiham olub.

 

Milli-mədəni fəalı yaxalayan ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları bir gün tutuqlamadan sonra, onun ata evinə qanunsuz olaraq hücum edib, ailə üzvlərini təhdid edərək çölə çıxarıb və evdə axtarış aparıblar. Məmurlar axtarışdan sonra Deyhəmiyə aid əlyazmalar, şəxsi albom və başqa özəl əşyaları özləri ilə aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar