SON XƏBƏRLƏR

Bakıda Azərbaycan-Qazaxıstan futbol yarışında “Urmu gölü” şüarları səsləndirilib

2021.10.20, 07:36
Bakıda Azərbaycan-Qazaxıstan futbol yarışında “Urmu gölü” şüarları səsləndirilib

Gunaz.tv

GünAz TV: Dünən Bakıda Tofiq Bəhramov adına stadionda Avropa çempionatı (qəhrəmaniye Urupa) üzrə Azərbaycan-Qazaxıstan arasında yarış olub.

 

Azərbaycan-Qazaxıstan seçmə oyununda bir qrup azərbaycanlı azarkeş milli və siyasi şüarlar səsləndiriblər.

 

Azarkeşlər (tamaşaçılar) “Azərbaycan canımdır, Urmu gölü qanımdır!, “Quzeyimiz oyaqdır, Güneyinə dayaqdır!, “Urmu gölü səslənir, Haray, haray susuzam!”, “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir” şüarları səsləndirib və plakatlar qaldırıb.

 

Məlumata görə, gənclərdən bir neçə nəfəri polis tərəfindən tutuqlanıb.

17-ci polis bölməsinin növbətçi hissəsindən bildiriblər ki, saxlanan gənclər xəbərdarlıq edilərək azad buraxılıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar