SON XƏBƏRLƏR

İran təyyarələri Azərbaycan sərhədi yaxınlığında iri miqyaslı təlim keçir

2021.10.20, 07:36
İran təyyarələri Azərbaycan sərhədi yaxınlığında iri miqyaslı təlim keçir

Gunaz.tv

GünAz TV: İran Hərbi Hava Qüvvələri ölkənin şimal-qərb bölgəsibdə geniş miqyaslı təlimlərinə başlayıb.

“Fars” agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikası (Cümhuriyyəti) ilə sərhəddə 10 gün davam edəcək hərbi təlimlər “Vilayət-3 səmasının müdafiəçiləri” adlanır. İran Silahlı Qüvvələrinə aid onlarla qırıcı, bombardmançı, nəqliyyat və digər təyinatlı təyyarələr səmada taktiki tapşırıqlar yerinə yetirir. İran Hərbi Hava Qüvvələrinin komandan müavini, briqada (tip) generalı Məhəmməd Ələvi on günlük təlimlər zamanı döyüş təyyarələrinin taktiki xüsusiyyət, avadanlıq (təchizat) və imkanlarının dörd mərhələli sınaqdan çıxarılacağını açıqlayıb. Təlimlərə “MİQ-29”, “Su-24”, “F-4”, “F-5”, habelə “Saeqeh” təyyarə növləri qatılıb. Agentlik (asjans) təlim zamanı qırıcı təyyarələrin şərti hədəfləri bombaladığını, nəqliyyat təyyarələri isə bir bölgədən digərinə iri həcmli yüklər çatdırdığını bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar