SON XƏBƏRLƏR

Təbrizdə Saleh Qolməhəmmədi və Mərənddə Məhərrəm Xəlqi həyat yoldaşı ilə birlikdə tutuqlanıblar

2021.10.20, 07:36
Təbrizdə Saleh Qolməhəmmədi və Mərənddə Məhərrəm Xəlqi həyat yoldaşı ilə birlikdə tutuqlanıblar

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Kütləvi Etirazların yaşandığı bir dönəmdə, azərbaycanlı fəallara qarşı tətbiq olunan təzyiqlər yeni vüsət alıb.

 

Məlumata görə, sentyabrın 3-də (şəhrivərin 12-i) Salih Qolməhəmmədi Təbriz şəhərində bir neçə dostları ilə birlikdə, Bazar tərəfinə hərəkət edib, ancaq bu günə qədər ondan heç bir xəbər yoxdur.

 

Güman edilir ki, cənab Qolməhəmmədi Təbrizdə keçirilən Kütləvi Yürüş zamanı tutuqlanıb.

 

Mərənddən de tutuqlamalar barədə yeni xəbər gəlib. Məlumata görə, sentyabrın 3-də (şəhrivərin 12-i) Məhərrəm Xəlqi həyat yoldaşı ilə birlikdə Mərənd şəhərində tutuqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar