SON XƏBƏRLƏR

Mahmud Abbasın sözçüsündən Əhmədinejada kəskin cavab...

2021.10.20, 07:36
Mahmud Abbasın sözçüsündən Əhmədinejada kəskin cavab...

Gunaz.tv

GünAz TV: Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasın sözçüsü Nəbil Əbu Rədine bəyanat yayaraq İran prezidenti Mahmud Əhmədinejada kəskin cavab verib.

Sentyabrın 3-də “Qüds günü” mərasimində Tehranın cümə namazında çıxış edən Əhmədinejad İsraillə sülh danışıqları aparan Fələstin muxtariyyətinin rəhbərliyini kəskin tənqid  etmişdi: “Fələstinlilərin taleyi Vaşinqton, Paris və Londonda aparılan üzdəniraq sülh danışıqları ilə yox, Fələstin xalqının İsrailə qarşı mübarizəsi və müqaviməti ilə təyin ediləcək. Fələstin xalqının nümayəndəsi kimdir? Fələstin xalqının adından danışan şəxs (Mahmud Abbas) bu nümayəndəliyi haradan əldə edib? Heç kəsin haqqı yoxdur ki, Fələstin torpağının bir qarışını belə düşmənlərə satsın”.

Bəyanatda deyilir: “İran xalqının nümayəndəsi olmayan, seçkilərdə saxtakarlıq edərək İran xalqını əzən və hökuməti oğurlayan bir şəxs Fələstin və onun prezidenti haqqında danışa bilməz. Əbu Mazin (Mahmud Abbas), Fələstin rəhbərliyi və ümumiyyətlə Fələstin Azadlıq Təşkilatı Fələstin xalqının yeganə qanuni nümayəndəsi sayılır və öz hüququnu necə müdafiə edəcəyini də yaxşı bilir. Biz heç kəsə icazə verməyəcəyik ki, Mahmud Abbasın başçılıq etdiyi Fələstin Azadlıq Təşkilatının legitimliyini (qanuniliyini) sual altına alsın və ya onu təhdid etsin”. “Media forum”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar