SON XƏBƏRLƏR

Hökumət azərbaycanlıları sakitləşdirməyə çalışır

2021.10.20, 07:36
Hökumət azərbaycanlıları sakitləşdirməyə çalışır

Gunaz.tv

GünAz TV: Son günlərdə Güney Azərbaycanın müxtəlif şəhərlərində Urmu gölünün qurumasına qarşı əhalinin geniş kütləsinin iştirakı ilə keçirilən etiraz aksiyalarının (yürüşlərin) ardınca İran dövləti gölün qurumasının qarşısını almaq məqsədi ilə 900 milyon dollar budcə ayırmışdır.

İran televiziyası ölkənin Ekologiya İdarəsinin rəisi Məhəmməd Cavad Mehdizadəyə istinadən bildirib ki, dövlət Araz və Kürdüstandan gələn çayların sularını Urmu gölünə aparmaq üçün 900 milyon dollar pul ayırmışdır. Son günlərdə Təbriz və Urmu şəhərlərində bu məsələ ilə əlaqədar geniş etraz aksiyaları həyata keçirilmişdir.

Məlumatlara görə, proseslə (sürəc) əlaqədar olaraq polis Güney Azərbaycanın müxtəlif şəhərlərində hazır vəziyyətə gətirilib və etiraz aksiyası keçirənlərə qarşı sərt davranıb. Aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və silahlardan da istifadə olunmuşdur. Məlumatlara əsasən, hadisələr zamanı ölən və yaralananlar da vardır. Etiraz aksiyaları zamanı yüzlərlə vətəndaş həbs olunubdur.

İran hakimiyyətinin Urmu gölünün xilası ilə bağlı pul ayırması addımı əhalini sakitləşdirmək məqsədi daşıyır və eyni zamanda hökumətin geri addım atması kimi dəyərləndirilə bilər. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar