SON XƏBƏRLƏR

Behzad Süleymanpur və Vəhid Faizi azadlığa buraxılıblar

2021.10.20, 07:36
Behzad Süleymanpur və Vəhid Faizi azadlığa buraxılıblar

Gunaz.tv

GünAz TV: Urmu və Təbrizdə avqustun 27-i (şəhrivərin 6-ı) Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Etirazdan bir gün sonra tutuqlanan iki soydaşımız azadlığa buraxılıb.

 

Azərbaycanlı fəal Behzad Süleymanpur və Veblaqçı Vəhid Faizi dünən 1-ci gün (doşənbə) mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Behzad Süleymanpur sistemin əleyhinə təbliğ, sistemə müxalif qruplarda üzvlük və ümumi asayişi pozmaq ittihamı ilə tutuqlanmışdı. O, təxminən 150000 dollarlıq (150 milyon tümənlik) mülki vəsiqə qarşılığında sərbət buraxılıb.

 

Vəhid Faizi isə ümumi asayişi pozmaq ittihamı ilə tutulub və təxminən 50000 dollarlıq (50 milyon tümənlik) mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar