SON XƏBƏRLƏR

Tanınmış Milli Hərəkat fəalı xanım Sima Didar azadlığa buraxılıb

2021.10.20, 07:36
Tanınmış Milli Hərəkat fəalı xanım Sima Didar azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Bu gün Azərbaycanın tanınmış Milli Hərəkat fəalı xanım Sima Didar aylarca həbsdən sonra Təbriz zindanından azad olunub.

 

Xanım Didar 2011-ci il aprelin 16-ı (1390-cı il fərvərdinin 27-i) öz şəxsiyyət vəsiqəsini geri almaq üçün Təbrizin Saib təcridxanasına müraciət edərkən yaxalanıb və bu şəhərin mərkəzi zindanına aparılmışdır.

 

Adını çəkdiyimiz tanınmış azərbaycanlı fəal, Dünya Qadınlar Günü münasibəti ilə azərbaycanlı siyasi məhbus cənab Səid Mətinpurun xanımı ilə görüşmək üşün, Təbrizdən Zəncana gedərkən Təhlükəsizlik qüvvələri tərəfindən dindirilib və şəxsiyyət vəsiqəsi zəbt olunmuşdur.

 

Xatırladaq ki, Azərbaycanlı şair, Şərqi Azərbaycan əyalətinin (ostanının) yerli qəzet və dərgilərində dərc olunan bir çox məqalənin müəllifi,  “Yaşmaq” öyrənci dərgisinin keçmiş müdir-məsulu xanım Sima Didar, öncül Milli Hərəkat fəallarından sayılır. O, bundan öncədə rejim tərəfindən dəfələrcə təzyiqlərə məruz qalıb və həbs olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar