SON XƏBƏRLƏR

Tehranda azərbaycanlı fəal Meysəm Azadı tutuqlanıb

2021.10.20, 07:36
Tehranda azərbaycanlı fəal Meysəm Azadı tutuqlanıb

Gunaz.tv

GünAz TV: Tanınmış Azərbaycanlı fəal, “Urmu” dərgisinin keçmiş müdir-məsulu Mühəndis Meysəm Azadi həbs olunub.

 

Urmu universitetinin məzunu Cənab Azadi Tehranın hərbi məntəqələrinin (padiqan) birində əsgərdir. O, əsgərlik etdiyi hərbi məntəqəd,  ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və naməlum istiqamətə aparılıb.

 

Onun saxlanıldığı yer barədə hələlik heç bir məlumat yoxdur.

 

Cənab Azadinin yaxınlarının təxmininə görə, o Urmu Gölü ilə bağlı keçirilən Etiraz Yürüşləri ilə əlaqədar tutulub. Onlar güman edir ki, cənab Azadinin “Urmu”  dərgisində Urmu Gölünün qurumasi ilə bağlı yazdığı məqalələr və bu mövzuda olan ciddi mövqeyi, onun tutulmasına səbəb ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar