SON XƏBƏRLƏR

Qurumaqda olan Urmu Gölünü tanıyaq

2021.10.20, 07:36
Qurumaqda olan Urmu Gölünü tanıyaq

Gunaz.tv

GünAz TV: Son günlər İranda azərbaycanlılar hakimiyyətin diqqətini Urmu gölünün quruması məsələsinə cəlb etmək üçün yenidən fəallaşıblar.

Sentyabrın 3-də (şəhrivərin 12-də) Güney Azərbaycanın bir sıra iri şəhərlərində Urmu gölü ilə bağlı aksiyalar (yürüşlər) keçirilib. Bu aksiyalardan əvvəl və aksiya günü çoxsaylı həbslər həyata keçirilib.

Urmu gölü Azərbaycanın ən böyük gölüdür. Azərbaycanın istər güneyində, istərsə də quzeyində ondan böyük göl yoxdur. Urmu gölü İran İslam Cümhuriyyətinin Şərqi və Qərbi Azərbaycan əyalətlərinin ortasında yerləşir. Gölün ümumi sahəsi 5960 kvadrat kilometrdir (kilometr murəbbə). Urmu gölündə 102 ada var. Gölün orta dərinliyi 5, ən dərin yeri isə 16 metrdir.

Urmu gölünün əsas su mənbələri Nazlıçay, Acıçay, Sofuçay, Cığatıçay və Tətovuçay çaylarıdır.

YUNESKO-nun dünyanın qorunmalı olan təbii sərvətləri siyahısına daxil etdiyi gölün adalarında müxtəlif heyvanlar, o sıradan 27 növ məməli heyvan, 41 növ sürünən, 7 növ suda-quruda yaşayan heyvan, 212 növ quş, suyun duzluluğuna dözə bilən 27 növ balıq yaşayır.

Göldəki adaların birində məşhur sərkərdə Çingizxanın nəvəsi Hülakuxanın qəbri yerləşir.

Urmu gölünün duzlu suyu və palçığı həm də müalicəvi xarakter (mahiyyət) daşıyır. Urmu gölündəki duzluluq okeanlardakı (iqyanuslardakı) duzluluqdan iki dəfə çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar