SON XƏBƏRLƏR

Təbriz Yürüşündə tanınmış ziyalı Fəranək Fərid tutuqlanıb

2021.10.20, 07:36
Təbriz Yürüşündə tanınmış ziyalı Fəranək Fərid tutuqlanıb

Gunaz.tv

GünAz TV: İran hakimiyyətinin Urmu gölünün qurumasına laqeyd münasibətinə etiraz olaraq sentyabrın 3-də (şəhrivərin 12-də), müxtəlif Azərbaycan şəhərlərində keçirilən aksiyalara (yürüş) görə tutulan soydaşlarımızdan bəzisinin adları bəlli olub.

 

Sentyabrın 3-də Təbriz şəhərində keçirilən aksiyada tanınmış qadın hüquq müdafiəçisi, azərbaycanlı şair və tərcüməçi Fəranək Fərid tutulub. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb.

 

Daha sonra ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Fəranək Fəridin evində axtarış aparıblar, ona məxsus bir sıra əlyazmaları və digər şəxsi əşyaları götürüblər. Fəranək Fəridin hazırda harada saxlandığı bilinmir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar