SON XƏBƏRLƏR

BBC: "İranda Urmu Gölü ilə bağlı həbslər var"

2021.10.20, 07:36
BBC: "İranda Urmu Gölü ilə bağlı həbslər var"

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan ostanındakı Urmu gölünün quruması ilə bağlı etiraz aksiyasına (yürüşə) qatılan 60-dək adam həbs edilib.

Fəallara istinadən gölün hövzəsi iki dəfə azalıb və suyun tamamilə çəkildiyi təqdirdə Urmu yerində duz səhrası qalacaq.

Ürmu şəhər bələdiyyəsinin rəsmisi deyib ki, gölün quruması nəticəsində 14 milyon adam doğma yurdlarını tərk etməli olacaq.

Suyun çəkilməsinin əsas səbəbi kimi gölə axan çayların istiqamətinin dəyişdirilməsi və yeni körpünün inşası göstərilir.

Yerli əhali gölün xilas olunmasına dair fövqəladə addımların atılmasına çağırır.

İyulun (July) 30-da 100-dək adam İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirərək problemə “biganə” qalan Tehrandan gölün xilas edilməsini tələb ediblər.

İran hökuməti məsələ ilə bağlı yekun (nəhayi) mövqeyə malik deyil. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar