SON XƏBƏRLƏR

Təbriz sakini: “Kütləvi Etirazda yaralananlar içində qadınlarda var idi”

2021.10.20, 07:36
Təbriz sakini: “Kütləvi Etirazda yaralananlar içində qadınlarda var idi”

Gunaz.tv

GünAz TV: iki gün öncə (3 sentyabr , 12 şəhrivər) Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Etiraz yürüşü dünya mətbuatının xüsusi diqqətini çəkib.

Bu barədə “Azadlıq radisou” Təbriz sakini ilə söhbətləşib. Xəbəri olduğu kimi təqdim edirik:

Təbrizdən gələn həyəcanlı məlumatlar və görüntülər sentyabrın (September) 3-də bu şəhərdə və Urmuda kütləvi nümaiyişlərin və polislə toqquşmaların olduğundan xəbər verirdi. Hazırda Təbrizdə olan vəziyyətlə maraqlanaraq şəhər sakinlərindən birinə zəng çaldıq. Müsahibimiz, bizimlə söhbət etsə də, adının açıqlanmamasını xahiş etdik. Onun adını şərti olaraq Mahmud Əlizadə kimi veririk:

-Mahmud bəy, hazırda Təbrizdə durum necədir?

-Hazırda sakitlikdir, heç bir etiraz aksiyası (yürüş) keçirilmir.

-Bəs dünən nəyin şahidi oldunuz?

-Urmu gölünün qurumasına qarşı etiraz aksiyası idi. Yürüşə minlərlə adam qatılmışdı. Polis etirazçilara qarşı dəyənəklərdən istifadə etdi, nümayişi dağıtmaq üçün motosikletləri kütlənin üstünə sürüldülər. 2 güllə atıldığını eşitdim.

Yaralanan və həbs olunanlar haqda bir xəbəriniz var?

Xəsarət alan və həbs olunanlar var idi. Yaralananlar arasında qadınlar da var idi. Onların  əksəriyyəti xəstəxanalara getməkdən imtina etdi, çünki bu halda polis tərəfindən həbs olunmaq təhlükəsi vardı. Nə qədər adamın həbs olunduğu barədə isə hələlik dəqiq məlumat yoxdur. Amma mənim qardaşım hələ ötən həftə Urmu gölünün qurumasına etiraz olaraq keçirilən aksiyada həbs olunmuşdu. Bizdən onun azadlığı müqabilində 20 min dollar girov istədilər. Sənədləri düzəldib aparandan sonra isə dedilər ki, yox, biz girov tələb etməmişik. İndi qardaşımla əlaqəmiz var, hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar