SON XƏBƏRLƏR

Urmunun millət vəkilindən Urmu Gölü uğrunda gedən mübarizəyə DƏSTƏK...

2021.10.20, 07:36
Urmunun millət vəkilindən Urmu Gölü uğrunda gedən mübarizəyə DƏSTƏK...

Gunaz.tv

GünAz TV: Urmu şəhərinin millət vəkili, parlamentin milli təhlükəsizlik komissiyasının (komsiyon) üzvü cənab Cavad Cəhangirzadə Urmu Gölü və Gölün quruması uğrunda gedən mübarizələrə haqq qazandırıb.

 

İki gün öncə (3 sentyabr, 12 şəhrivər) İran mətbuatında dərc olunan məlumata görə, cənab Cahangirzadə mövzu ilə bağlı qısaca olaraq belə deyib:

Təssüflər olsun ki, illərdir Urmu Gölü problemi doğru-dürüst araşdırılmayıb və parlament tərəfindən hər hansı bir qərar qəbul edilməyib. Vilayət (ostan) səviyyəsində keçirilən iclaslarda nəzərdə tutulan vəsaitdə (büdcə) heç zaman verilməyib.

 

Mənə komissiyada deyirlər ki, bu mövzu üzərində bu qədər həssas olma. Ancaq ALLAHa and olsun ki, mənlə görüşən 100 nəfərdən 90-nı Urmu Gölü barədə mənə sual verir. Bu onu göstərir ki, artıq əhali bu mövzuya həssasdır. Ama bu günə qədər dövlət tərəfindən heç nə edilməyib. Buna görədə, mən əhalidən və həmçinin sizdən istəyirəm ki, bu gedişatı (mübarizəni nəzərdə tutur) davam etdirin. Bu dalğa sona çatdırılmalıdır, ona görə ki, hər kəsin məsuliyyəti var.

 

Məncə bu məsələ təhlükəsizlik mövzusuna çevirilməməli və ona siyasi gözlə baxılmamalıdır. Bu məsələ, ictimai və ətraf-mühit məsələsidir. Onun həlli insanın əlindədir və mümkündür.

 

 Bu zəmində olan etirazlara qarşı durmayaq. Daha yaxşı olarki çarə yolu tapaq. Ətraf-mühit ciddi təhlükə ilə üz-üzədir və ona laqeyd qalmaq olmaz. Bütün əhali hər şeyi anlayıb. Onlar bilir ki, Urmu Gölü problemi hardan qaynaqlanır.

 

Əgər dövlət quraqlığa düçar olan bir şəhərin əhalisini başqa yerə köçürmək və yenidən bir şəhər yaratmaq istəyirsə onu bilməlidir ki, bu nəyin bahasına ələmə gələcək! Bunun üçün 50 milyard dollardan çox vəsait lazım olacaq. Bunun əvəzinə dövlət 3 milyard dollar vəsait ayırsın və Gölü qurtarsın.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar