SON XƏBƏRLƏR

Urmu gölünün qurudulması ilə əlaqədar “Bütöv Azərbaycan Birliyinin” Bəyanatı…

2021.10.20, 07:36
Urmu gölünün qurudulması ilə əlaqədar “Bütöv Azərbaycan Birliyinin” Bəyanatı…

Gunaz.tv

GünAz TV: Urmu gölünün qurudulması ilə əlaqədar “Bütöv Azərbaycan Birliyi” Bəyanat yayıb. Bəyanatda bildirilir:

 

İran adlanan millətlər həbisxanasında,fars-şovinist rejimi Azərbaycan Türklərinə qarşı şovnist  siyasətlərini davam etdirir. Belə ki,Urmiyə gölünü qurutmaqla orada yaşayan 10 milyondan çox türkün həyatını təhlükə qarşısında qoyurlar.Bununla həm insanların kompakt yaşamasının qarşısını alınmasını,həm Türkiyəyə yaxın ərazilərdə türklərin topluca yaşamasını hədəfləyirlər gölün quruması çox ciddi fəlakət yaratmaqla bərabər yaxın ölkələri də təhdid edəcəkdir.Əgər göl qurusa, 10 milyard ton duz yaranacaq ki, bu da külək vasitəsi ilə bütün ətraf ərazilərə yayılıb kənd təsərrüfatını məhv edəcəkdir. İslam adından sui-istifadə edən fars molla rejimi Tanrının və təbiətin doğal qanunlarına zidd addımlar atmaqla nə qədər saxtakar olduğunu bir daha ortaya qoymuş oldu. 1971-cı ildə YUNESKO tərəfindən doğal qoruq bölgəsi, 1975-cı ildə Milli Park kimi tanınan bu göl qurudulsa göldə yaşayan və dünyada nadir canlı olan Urmiya ilə bərabər yüzlərlə canlı məhv olacaq.Ekaloji dəngə pozulacaq, 5700kv km ərazisi ilə bərabər dünyanın iyirmi böyük gölünün yerində faciə mənbəyi yaranacaq.Bütün bunları nəzərə alaraq, millətimizi bu çirkin niyyətə qarşı səfərbər olmağa çağırırıq!Azərbaycanın Quzeyində Topxana meşəsinin yox edilməsinə qarşı başlayan etirazlar, sonunda bağımsızlığımızla nəticələndi.İnşallah Urmiya gölünün qurudulmasına qarşı başlayan bu hərəkat da Güneyin azadlığı ilə nəticələnər!, Yaşasın Bütöv və Demokratik, Qalib Azərbaycan!BAB RH 03 09 2011

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar