SON XƏBƏRLƏR

Urmu Gölünə dəstək verən soydaşlarımız Elçibəyin məzarı başına toplaşadılar

2021.10.20, 07:36
Urmu Gölünə dəstək verən soydaşlarımız Elçibəyin məzarı başına toplaşadılar

Gunaz.tv

GünAz TV: Dünən Müstəqil Azərbaycanda yaşayan bir sıra soydaşlarımız Urmu Gölünə dəstək nümayiş etdirib və İran rejimin antiazərbaycan siyasətini şiddətlə qınayıblar.

Güney Azərbaycanda Urmu gölünün iran rejmi tərəfindən məqsədli şəkildə qurudulmasına qarşı Təbrizdə, Urmuda və s. Şəhərlərimizdə baş verən etiraz aksiyalarına dəstək olmaq üçün, Quzey Azərbaycanda da BAB-ın sədri (Bütöv Azərbaycan Birliyinin) Aqil Səmədbəylinin başçılığı ilə aralarında gənclərin çoxluq təşkil etdiyi bir qrup Bütöv Azərbaycan sevdalıları Əllərində Urmu gölünün şəkillərini tutaraq, ELÇİBƏYİN məzarını ziyarət etdilər. Burada çıxış edən Aqil bəy, Urmu gölünün əhəmiyyətindən, iranın bu gölü qurutmaqla, millətimizə vurmaq istədiyi zərbələrdən danışdı.

Sonra Milli Marşımız ifa olundu. Bundan sonra ziyarətçilər, Pişəvərinində məzarını ziyarət etməyi unutmadılar.

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar