SON XƏBƏRLƏR

Urmu və Təbrizdən son xəbər / Çoxlu tutulanlar var

2021.10.20, 07:36
Urmu və Təbrizdən son xəbər / Çoxlu tutulanlar var

Gunaz.tv

GünAz TV: Bu gün Təbriz və Urmu şəhərlərində Azərbaycan türk milləti bir daha öz qəhrəmanlığını göstərdi.

 

Urmu Gölü ilə bağlı Dinc Etiraz Yürüşü təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalsada, xalqımız bir addım belə geri oturmadan, unudulmaz bir güc nümayiş etdirdi.

 

Son məlumata görə, Təbrizdə onlarla soydaşımız tutuqlanıb. Urmuda isə yüzlərlə soydaşımızın tutuqlandığı bildirilir. Hər iki şəhərdə yaralanan soydaşlarımız barədə xəbərlər yayılıb. Hələlik onların sayı və kimliyi barədə dəqiq məlumat yoxdur. Urmunun Mütəhhəri xəstəxanasına 13 yaralı aparılıb. Hələlik başqa xəstəxanalardan dəqiq məlumat yoxdur.

 

Məlumata görə, hökumət qüvvələri Urmu şəhərində xəstəxanalara hücum edib və yaralı etirazçıları yaxalayaraq özləri ilə aparıblar.

 

Təbrizdə saat meydanı, tərbiyyət, şəhnaz meydanı, rasta küçə və Təbriz bazarına gedən yolların hamısı hökumət qüvvələri tərəfindən kontrola alınıb və insanlara bu məntəqələrə getməyə icazə vermirlər.

 

Təbriz və Urmunun bir neçə məntəqəsində internet kəsilib.

 

Təbriz və Urmuda oxşar şüarlar verilib. O şüarlardan bir neçəsi bunlardan ibarətdir:

“Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir”, “durub baxan biqeyrət”, “Haray Haray mən türkəm”, “türk qardaşım səndə gəl”, “biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” və ...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar