SON XƏBƏRLƏR

Qərbi Azərbaycan Valiliyi (ostandarı) ətrafında izdiham...

2021.10.20, 07:36
Qərbi Azərbaycan Valiliyi (ostandarı) ətrafında izdiham...

Gunaz.tv

GünAz TV: Urmudan gələn xəbərə görə, Qərbi Azərbaycan valiliyi (ostandarı) ətrafında güclü etirazlar gedir, şüarlar verilir.

 

Məlumata görə, valilik təmami ilə əhalinin mühasirəsindədir. Valilik ancaq bir tərəfdən İran ordusunun qərargahı ilə qonşuluqda olan tərəfdən sərbəstdir. Qarşıdurmalar əyalət meydanı və pəncraha da çəkilib.

 

17 şəhrivər xiyabanında gedən qarşıdurmalarda çoxlu güllə səsi eşidilib. Təhlükəsizlik qüvvələri dövlət obyekti (idarəsi) olan damların üstündən güllə atıblar. Təcili yardım (ambulans) avtomobillərinin də çox olduğu bildirilir.

 

İmam və Şahrux xiyabanlarında da qarşıdurmalar gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar