SON XƏBƏRLƏR

Marağada 6 nəfər azərbaycanlı fəal tutuqlanıb

2021.10.20, 07:36
Marağada 6 nəfər azərbaycanlı fəal tutuqlanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Marağa şəhərində 6 nəfər milli-mədəni fəal tutuqlanıb. Onlar 6-cı gün (şənbə günü) həyata keçiriləcək Kütləvi Etirazla bağlı ÇAĞIRIŞ Bildiriləri yayarkən yaxalanıblar.

 

GünAz TV mətbuat mərkəzinin "Öyrənci"-yə istinadən yaydığı məlumata görə, milli-mədəni fəallar 3-cü gün (çaharşənbə günü) tutuqlanıblar. Onların harda saxladıldığı barədə hələlik heç bir məlumat yoxdur.

 

Tutuqlanan milli-mədəni fəalların kimliyi aşağıdakılardan ibarətdir:

Siyamək Kərimi, Behzad Əqdəsi, Mustafa Quluzadə, Murtaza Fruği, Fərhad saili və Vəlid Hüseynnəjad

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar