SON XƏBƏRLƏR

Bu gün Güney Azərbaycanda Kütləvi Etirazların yeni dalğası gözlənilir

2021.10.20, 07:36
Bu gün Güney Azərbaycanda Kütləvi Etirazların yeni dalğası gözlənilir

Gunaz.tv

GünAz TV: Bu gün Urmu gölünün qurumasına və İran parlamentinin gölün qurumasının qarşısının alınması ilə bağlı təklif edilən layihəni rədd  etməsinə etiraz nümayişlərinin ikinci dövrünün başlanılması gözlənilir.

Bunun üçün Güney Azərbaycanın müxtəlif şəhərlərində xalqa müraciət və bəyanat yayılıb. Azərbaycanlı siyasi fəallar Təbriz, Ərdəbil, Urmu, Parsabad, Muğan və digər şəhərlərdə bəyanatları yayanlardan tutulanlar da var.

Təbrizin “Traxtor” futbol komandasının tərəfdarları adından da bir bəyanat yayılıb. Bildirilib ki, “İran hakimiyyəti qəsdən Urmu gölünü qurutmaq istəyir”. Bəyanatda, “Traxtur” tərəfdarları şənbə günü insanları Təbriz və başqa şəhərlərdə keçiriləcək etiraz aksiyalarına qoşulmağa çağırır.

Milli Hərəkət adından müxtəlif şəhərlərdə etiraz nümayişlərinin davamı üçün müəyyən məkanlar nəzərdə tutulub. “Urmiyə şəhərində “Kaşani”, “Ətayi”, “Besət”, “Xəyyam” və “İmam” xiyabanları, “Əyalət” və “Vilayəti Fəqih” meydanlarında etirazlar keçirilməsi planlaşdırılır (tərhi tökülür).

Tehrandakı azərbaycanlı fəallar da “İmam Hüseyn” və “Azadi” meydanı arasında etiraz nümayişi keçirməyi nəzərdə tutur.

Güney Azərbaycanın böyük şəhərlərindən əlavə Sərab və Əhər kimi kiçik şəhərlərdə  də etirazlara hazırlıq gedir.

Güney Azərbaycanlılar email və internet saytlarında bəyanat yaymaqla bəzi xarici ölkələrdə də aksiyalar (mitinqlər) keçirilməsini pılanlaşdırır.

İsveçdə  yaşayan azərbaycanlılar Gutenberg şəhərində  sentyabrın 4-də  toplantı keçirəcək. Ankara şəhərində İran səfirliyi qarşısında  piket (aksiyasi) keçirildi. Bakı şəhərində yerləşən İran səfirliyi qarşısında etiraz keçirilib və yeni etirazlar olacağı elan edilib.

 

Urmu və Təbrizdə Keçiriləcək Etiraz Yürüşlərinin vaxtı və zamanı: 

Təbriz: Bazar (Ostandari-Rastaküçə arası) / sentyabrın 3-ü (şəhrivərin 12-i), yerli vaxtla saat 18:00

Urmu: Urmu şəhəri, Vilayət-i fəqih meydanı, İmam xiyabanı, Ətayi xiyabanı, Besət xiyabanı, Cənubi Xəyyam xiyabanı, Kaşani xiyabanı, Əyalət meydanı   / Sentyabrın 3-ü (şəhrivərin 12-i), yerli vaxtla saat 18:00

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar