SON XƏBƏRLƏR

Azərbaycanlılar İranın Ankaradakı səfirliyi qarşısında Etiraz Aksiyasi (Göstərisi) keçiriblər_ FOTO

2021.10.20, 07:36
Azərbaycanlılar İranın Ankaradakı səfirliyi qarşısında Etiraz Aksiyasi (Göstərisi) keçiriblər_ FOTO

Gunaz.tv

GünAz TV: Türkiyədə yaşayan azərbaycanlılar İranın Ankaradakı səfirliyinin qarşısında etiraz aksiyası (yürüşü) keçiriblər.

 

Aksiya təşkilatçıları səfirlik qarşısında oturaq aksiya keçirərək, üstlərinə və yola duz səpiblər.

 

Aksiyanın əsas səbəbi İran hakimiyyətinin Güney Azərbaycanda yerləşən Urmu gölünün qurumasına qarşı hər hansı addım atmamasıdır.

 

İştirakçılar aksiyanın davamında “Azərbaycan canımdır, Urmu gölü qanımdır!”, "Urmu Gölü can verir, Məclis onun qətlinə fərman verir", "Urmu gölü səslənir: Susuzum, haray-haray" şüarlarını, eyni zamanda, antişovinizm və işğalçı Ermənistan əleyhinə şüarlar  səsləndiriblər.

 

Təşkilatçılar Türkiyə ictimayyətini bu məsələdə fəal olmağa səsləyiblər.

 

 

 

 

 

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar