SON XƏBƏRLƏR

Suriyada etirazçı qırğını davam edir

2021.10.20, 07:36
Suriyada etirazçı qırğını davam edir

Gunaz.tv

GünAz TV: Dünən Suriyanın Deyr əz-Zur şəhərində polis tərəfindən etiraz aksiyalarının (yürüşlərin) dağıdılması nəticəsində altı nümayişçi həlak olub.

Gün.Az İTAR TASS-a istinadən xəbər verir ki, bu barədə “əl-Cəzirə” telekanalı şahidlərin məlumatına əsasən bildirib.

Ölkənin mühafizə dəstələrinin küçə nümayişçilərinə qarşı güc tətbiq etdiyi bir sıra digər şəhərlərdə də həlak olanlar var.

Dəməşq ətrafındakı Hacər əl-Əsvadda qiyamçılarla mübarizə aparan xüsusi bölmələrin döyüşçüləri rejim əleyhdarlarının gizləndiyi məscidi mühasirəyə alıblar. Daxil olan məlumatlara görə, bu şəhərin üzərində vertolyotlar (helikopterlər) keşik çəkirlər. “Suriya” dövlət telekanalı bu informasiyanı təsdiq etməyib.

Telekanalın məlumatına görə, silahlanmış ekstremistlər (ifratilər) paytaxtın digər iki Xumuri və Ərbin kimi şəhərətrafı qəsəbəsində təhlükəsizlik qüvvələri əməkdaşları ilə toqquşmalar törətməyə cəhd ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar