SON XƏBƏRLƏR

Mirzə Xəzər: “İran Ermənistanı himayə etməkdən vaz keçməyəcək”

2021.10.20, 07:36
Mirzə Xəzər: “İran Ermənistanı himayə etməkdən vaz keçməyəcək”

Gunaz.tv

GünAz TV: İranın Ermənistanla əlaqələrinin inkişaf etməsi Tehranın Azərbaycanla münasibətlərdə təzyiq vasitəsi əldə etmək təşəbbüsündən irəli gəlir.

Bu sözləri Gün.Az-a Almaniyadan “Azadlıq” radiosunun Azərbaycan şöbəsinin keçmiş rəhbəri, tanınmış jurnalist Mirzə Xəzər bildirib.

 

“Fərz etsək ki, Azərbaycan ABŞ (Amerika Birləşmiş Şytatları) və İsrail ilə əlaqələrini ixtisar etsə belə, Tehran rejimi Ermənistanı himayə etməkdən vaz keçməyəcək” - deyə, M.Xəzər qeyd etdi.

 

M.Xəzər onu əlavə etdi ki, İranın əsas narahatçılığı Azərbaycanın müstəqilliyini qoruyub saxlamasıdır.

 

“Tehranı birinci növbədə müstəqil Azərbaycan dövlətinin mövcudiyyəti narahat edir. Ermənistanla sıx münasibətlər strateji səciyyə daşıyır, yəni Tehran bu günü yox, sabahı da düşünür. Bu səbəbdən Tehranın ixtiyarında olan təsirli təzyiq vasitəsi Ermənistanla əlaqələridir” - deyə, M.Xəzər vurğuladı.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar