SON XƏBƏRLƏR

İki nəfər Güneyli mühacir Azərbaycanı tərk edib

2021.10.20, 07:36
İki nəfər Güneyli mühacir Azərbaycanı tərk edib

Gunaz.tv

GünAz TV: Azərbaycan Respublikasında (Cümhuriyyətində) yaşayan güneyli mühacirlər Ağrı Qaradağlı və Rəhim Cavadbəyli Gürcüstana gedərək bu ölkədən siyasi sığınacaq istəyiblər.

Bu barədə “Media forum” xəbər yayıb.

Adıçəkilən şəxslər Azərbaycan Respublikasına 2003-cü ildə İrandan mühacirət ediblər.

Həm Ağrı Qaradağlı, həm də Rəhim Cavadbəyli BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) Azərbaycandakı nümayəndəliyində qeydiyyata düşüb. BMT nümayəndəliyi onlara Azərbaycan hökumətinə üz tutmağı tövsiyə edib. Azərbaycan Respublikasında isə başqa güneyli mühacirlər kimi Ağrı Qaradağlı və Rəhim Cavadbəyli də dövlətin onlara yanaşmasından narazı qalıblar.

Azərbaycan Respublikasında yaşayan güneyli mühacirlər tez-tez rəsmi Bakının Güney Azərbaycandan olan mühacirlərə münasibətindən narazılıq edir. Onların iddiasına görə, mühacirlər Azərbaycanda nə siyasi mühacir statusu, nə vətəndaşlıq, nə də üçüncü bir ölkəyə getmək üçün razılıq ala bilirlər. Dövlət Miqrasiya (köç) Xidmətinin mühacirlərə verdiyi sənədin üç aydan bir dəyişdirildiyini deyən mühacirlər həmin sənədin keçərli olmadığını, buna görə şəxsiyyətləri ilə bağlı əlavə araşdırmalara məruz qaldıqlarını vurğulayırlar.

Ağrı Qaradağlı və Rəhim Cavadbəyli Azərbaycan Respublikasını avqust ayının sonlarında tərk ediblər. Hazırda Gürcüstan hökumətinin onların işini araşdırdığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar