SON XƏBƏRLƏR

Amerika və NATO Türkiyə ərazisində radar yerləşdirir

2021.10.20, 07:36
Amerika və NATO Türkiyə ərazisində radar yerləşdirir

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) və NATO-nun qurmaqda olduğu raket hücumundan müdafiə sistemi çərçivəsində Türkiyə ərazisində erkən xəbərdarlıq radarı yerləşdiriləcək.

GünAz TV mətbuat mərkəzinin “Azadlıq radiosu”-na istinadən yaydığı məlumata görə, Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Selçuk Ünal bəyan edib.

O xatırladıb ki, radarın yerləşdirilməsi barədə qərar ötən il NATO-nun Lissabon sammitində (zirvə görüş) qəbul edilib. Türkiyə əvvəldən bu təşəbbüsün reallaşmasına dəstək verib.

Radarın Türkiyənin cənub-şərqində yerləşdiriləcəyi bildirilir.

Corc Buş (George Bush) administrasiyası (administration) dövründə ABŞ Polşada (Ləhistan) tutucu raket, Çexiyada isə radar sistemi yerləşdirməyi düşünürdü. Moskva bunu öz strateji nüvə potensialı üçün birbaşa təhlükə sayırdı. Prezident Barak Obama (Barack Obama) bu planları (tərhləri) təxirə salsa da, onlardan tam imtina etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar