SON XƏBƏRLƏR

Türkiyə İsrail səfirini ölkədən çıxardı

2021.10.20, 07:36
Türkiyə İsrail səfirini ölkədən çıxardı

Gunaz.tv

GünAz TV: Türkiyə ötən il Qəzzaya yardım aparan gəmidə İsrail əsgərlərinin keçirdiyi qanlı reyddən (hücum) sonra İsrailin üzr istəməkdən imtina etməsinin ardınca bu ölkənin səfirini çıxarıb.

Ankarada rəsmilər həmçinin İsraillə hər növ razılaşmanı kəsdiklərini bildiriblər.

Bu arada BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) 9 fəalın ölümü ilə nəticələnən hadisə ilə bağlı hesabat açıqlayacağı gözlənilir.

Türkiyə İsraildən üzr istəməsini tələb etsə də, Tel-Əviv bunu israrlı şəkildə rədd edib.

BBC müxbiri Conatan Hed İstanbuldan xəbər verir ki, Türkiyə və İsrail arasında münasibətlər ötən il baş vermiş gəmidə qətl hadisəsindən sonra pisləşmişdi. Amma indi - səfirin ölkədən çıxarılması ilə bu münasibətlər ən aşağı səviyyəsinə çatıb.

Birləşmiş Millətlər Təşkilatının İsrail hərbi reydi ilə bağlı hesabatının mətbuata sızdırılan nüsxəsində deyilir ki, İsrail aşırı gücdən istifadə edib.

Gəmi Qəzzaya İsrailin blokadasına (mühasirə) məhəl qoymadan ora humanitar (insani) yardım aparırdı.

Ancaq sızmış BMT hesabatında İsrailin Qəzzada dəniz blokadasının leqal (qanuni) olduğu da deyilir. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar