SON XƏBƏRLƏR

Ərdəbildə Sarı Bülbül musiqi qrupunun konserti ləğv edilib

2021.10.20, 07:36
Ərdəbildə Sarı Bülbül musiqi qrupunun konserti ləğv edilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində Sarı Bülbül musiqi qrupunun konserti, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin müdaxiləsi ilə ləğv edilib.

 

Məlumata görə, Sarı bülbül musiqi qrupu sentyabrın 1-də (şəhrivərin 10-da) konsert keçirmək üçün Ərdəbil şəhərinin İrşad idarəsindən yazılı icazə alıb. Buna baxmayaraq ETTELAAT idarəsindən musiqi qrupu və İrşad idarəsinə deyilib ki, heç bir konsert olmayacaq.

 

Şübhəsiz ki, bu Güney Azərbaycanın gündəmində olan Kütləvi Etirazlarla əlaqədardır.

 

Musiqi qrupunun üzvləri mövzunu təqib edərək, İrşad idarəsinə müraciət ediblər. Onlara deyilib ki, artıq bizdən heç nə asılı deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar