SON XƏBƏRLƏR

Urmu Gölü üzərindəki körpü qapadılıb

2021.10.20, 07:36
Urmu Gölü üzərindəki körpü qapadılıb

Gunaz.tv

GünAz TV: İran rejimi Güney Azərbaycanlıların Urmu Gölü ilə bağlı növbəti Kütləvi Etirazlara hazırlaşdığından vahiməyə düşüb.

 

Yeni Etirazlarla bağlı genişmiqyasda yayılan Bildirilər, ÇAĞIRIŞ Bəyanatları və ictimai rəyin formalaşması, Etiraz dalğasının bütün Güney Azərbaycan şəhərlərini bürüyə biləcəyindən xəbər verir. Bu vəziyyəti görən rejim isə, önləyici tədbirlər almağa davam etməkdədir.

 

GünAz TV mətbuat mərkəzinin “Təbriz səsi”nə istinadən yaydığı məlumata görə, artıq Urmu Gölü üzərindəki körpü qapadılıb.

 

Körpünün qapadılması məsələsi Urmu ilə Təbriz arasındakı irtibatı məhdudlaşdırmaq məqsədi daşıyır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar