SON XƏBƏRLƏR

Rəhim Qulami, Taha Haşimi və Məhəmməd Bədəli azadlığa buraxılıblar

2021.10.20, 07:36
Rəhim Qulami, Taha Haşimi və Məhəmməd Bədəli azadlığa buraxılıblar

Gunaz.tv

GünAz TV: Avqustun 25-i (şəhrivərin 3-ü) Güney Azərbaycanın Ərdəbil şəhərində tutuqlanan azərbaycanlı fəallar bir neçə gün saxlanıldıqdan sonra azadlığa buraxılıblar.

 

Rəhim Qulami, Taha Haşimi və Məhəmməd Bədəli tanınmış azərbaycanlı fəal cənab Abbas Lisaninin iş yerində ETTELAAT (İRAN Kəşfiyyat Nazirliyi) məmurlarının hücumuna məruz qalıb və döyülərək naməlum istiqamətə aparılmışdılar.

 

Adını çəkdiyimiz milli-mədəni fəallar, təxminən 10000 dollarlıq (10 milyon tümən) mülki vəsiqə qarşılığında sərbəst buraxılıblar.

 

Məlumata görə, milli-mədəni fəallara bir daha Abbas bəyin iş yerinə getmələri ilə bağlı ciddi xəbərdarlıq edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar