SON XƏBƏRLƏR

Milli-mədəni fəal Hüseyn Nəsirinin turuqlanması xəbəri təkzib edildi

2021.10.20, 07:36
Milli-mədəni fəal Hüseyn Nəsirinin turuqlanması xəbəri təkzib edildi

Gunaz.tv

GünAz TV: Keçən günlərdə Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı 30-a yaxın azərbaycanlı fəal tutuqlanıb.

 

İlkin xəbərlərə əsasən tutuqlanan milli-mədəni fəallar arasında cənab Hüseyn Nəsiridə yer alırdı. Ancaq son xəbərlərə görə, adını çəkdiyimiz azərbaycanlı fəal tutuqlanmayıb və hazırda azadlıqdadır.

 

Tutulan fəalların 15-i Təbrizin mərkəzi zindanına köçürülüb, qalanları isə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə intiqal ediliblər.

 

Xatırladaq ki, tutuqlanan azərbaycanlı fəalların ittihamları və ümumi vəziyyəti barədə hələlik heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar