SON XƏBƏRLƏR

Qoşaçaylı milli-mədəni fəal Mehdi Dihəmi tutuqlanıb

2021.10.20, 07:36
Qoşaçaylı milli-mədəni fəal Mehdi Dihəmi tutuqlanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Kütləvi Etirazların yeni vüsət aldığı bir dönəmdə, İran təhlükəsizlik qüvvələrinin Milli Hərəkat fəallarına qarşı təzyiqləri də artıb.

 

Qoşaçaylı milli-mədəni fəal cənab Mehdi Dihəmi, 2-ci gün (seşənbə) axşam vaxtlarında Polis qüvvələri tərəfindən tutuqlanıb.

 

3-cü gün (çaharşənbə günü) səhər vaxtlarında isə Qoşaçayın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları, adını çəkdiyimiz milli-mədəni fəalın ata evinə daxil olub və evdə axtarış aparıblar.

Məhkəmə tərəfindən heç bir hökm göstərməyən məmurlar, axtarışdan sonra cənab Dihəmiyə aid kitab, dərgi və bir sıra başqa şəxsi əşyanı özləri ilə aparıblar.

 

Şərhçilərin fikrinə görə, son günlərdə milli-mədəni fəallara qarşı artan təzyiqlər, rejimin azərbaycanlılar tərəfindən keçirilən yürüşlərin daha böyük bir kütləvi hərəkətə dönüşməsi və bütün şəhərləri bürüməsi ilə bağlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar