SON XƏBƏRLƏR

Əli Xameneyi qorxuya düşüb

2021.10.20, 07:36
Əli Xameneyi qorxuya düşüb

Gunaz.tv

GünAz TV: İranın ali dini lideri Ayətulla Əli Xameneyi xəbərdarlıq edib ki, gələn ilin martına (March) nəzərdə tutulmuş seçkilər milli təhlükəsizliyə hədə olmamalıdır.

 

GünAz TV mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, Bu şərhlər hökumətin 2009-ci il seçkilərində baş verən qalmaqalın təkrarlana biləcəyindən ehtiyatlandığını göstərir.

 

Müqəddəs Ramazan ayının bitməsi münasibətilə ibadətçilər qarşısında çıxış edən Ayətulla Əli Xameneyi seçkilərin İran üçün həmişə sınaqlı dövr olduğunu qeyd edib.  O, xalqı birliyə səsləyib.

 

2009-cu ilin iyununda (June) prezident seçkiləri zamanı saxtakarlıq ittihamları nəhəng etiraz aksiyalarına (yürüşlərə) yol açdı.  Həmin vaxt hökumətin nümayişçilərə zorakı basqıları nəticəsində onlarla adam öldü.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar