SON XƏBƏRLƏR

Azərbaycanlıların son Etiraz Yürüşləri bütün İranı hərəkətə gətirə bilər

2021.10.20, 07:36
Azərbaycanlıların son Etiraz Yürüşləri bütün İranı hərəkətə gətirə bilər

Gunaz.tv

GünAz TV: Ekspertlərin (karşünasların) fikrincə, azərbaycan türklərinin hərəkatı fars rejiminin çöküşünə böyük təkan olacaq.

 Ərəb inqilablarının İranda da təkrarlanacağı haqda ehtimallar getdikcə güclənir. Artıq bir çox ekspertlər də Suriyadan sonra növbədə İranın olduğunu deyirlər. Prinsipcə (əslində), İran daxili siyasi vəziyyət baxımından həmişə dinamik ölkə olub. Xüsusən də burada milli-etnik ayrıseçkilik zəminində etirazlar, o cümlədən Azərbaycan türklərinin etirazları bütün dönəmlərdə müşahidə olunub. Bugünlərdə də Azərbaycan türkləri Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibətinə etiraz adı altında növbəti aksiyalara (yürüşlərə) başlayıblar.

Şübhəsiz ki, İrandakı soydaşlarımız dünyada baş verən dəyişikliklər və ərəb inqilablarından ruhlanmamış deyillər. Gözləntilər var ki, İranda baş verən bu milli mücadilə daha qüvvətli xarakter (mahiyyət) alacaq və fars rejimində ciddi dəyişikliklərə təkan verəcək.

Siyasi ekspert Rahim Hacıyev deyir ki, “Biz 2009-cu ildə İran cəmiyyətinin hakimiyyətdən, rejimdən narazılığın çox açıq şəkildə büruzə verildiyinin şahidi olmuşduq. Zaman-zaman İranda kütləvi xalq etirazları dalğası baş qaldırır. Başlıca səbəb İranda mövcud rejimin ölkə vətəndaşlarının fundamental (əsasi, təməl) hüquq və azadlıqlarını kobud şəkildə məhdudlaşdırmasıdır. Son günlər Urmu və Təbrizdə baş vermiş etiraz hərəkatı formal olaraq Urmu gölünün quruması ilə bağlı hökumətin fəaliyyətsizliyi olsa da, bu, əslində Azərbaycan türklərinin mövcud rejimə qarşı çox açıq üsyanıdır”.

R.Hacıyevin fikrincə, son aylar dünyada gedən inqilabi proseslər (sürəc) İran cəmiyyətinə də təsirsiz ötüşməyib: “Çox əlamətdar haldır ki, ərəb inqilablarından sonra İranda məhz Azərbaycan türkləri rejimə qarşı inqilabi hərəkat başladıblar. Qeyd etmək yerinə düşər ki, dünya mətbuatı dərhal Azərbaycan türklərinin etiraz aksiyaları (yürüşləri) haqqında geniş materiallar dərc ediblər. Bütün materiallarda (sənədlərdə) bu hərəkatı Azərbaycan türklərinin başlaması xüsusi olaraq vurğulanır. Belə bir fikir söyləmək üçün kifayət qədər əsas var ki, tərəqqipərvər dünya Azərbaycan türklərinin və bütövlükdə İranın dəyişikliklər uğrunda mübarizə aparmaq istəyən bütün təbəqələrinə hər cür dəstək verəcək”. Azadlıq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar