SON XƏBƏRLƏR

Prezident Sarkozi: “İranı bombalaya bilərik”

2021.10.20, 07:36
Prezident Sarkozi: “İranı bombalaya bilərik”

Gunaz.tv

GünAz TV: Fransa prezidenti Nikolya Sarkozi ölkəsinin xaricdəki səfirlərinin iştirakı ilə keçirilən konfransda İran və Suriyanı hədələyib.

 

Nikolya Sarkozi deyib ki, İranın hərbi, nüvə (həstei) və ballistik raketləri təhdid yaradır. Bu barədə Lent.az Türkiyənin NTV telekanalına istinadən xəbər yayıb.

 

O vurğulayıb ki, Tehran bu məsələlərdə israrını davam etdirərsə, bu, İranın nüvə obyektlərinə (təsisatına) qabaqlayıcı hava hücumuna yol aça bilər.

Nikolya Sarkozi Suriya prezidenti Bəşər Əsədin də yanlış yolda olduğunu və aksiyaçılara (etirazçılara) qarşı bağışlanmaz səhvlərə yol verdiyini dilə gətirib. Fransa prezidenti bildirib ki, ölkəsi digər ölkələrlə birlikdə Suriya xalqının demokratiya və azadlıq yönündəki istəyini dəstəkləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar